Foto: "Beşiktaş"lılara gürcü polisinin vəhşiliyi: Erdoğan hirsləndi

Foto: "Beşiktaş"lılara gürcü polisinin vəhşiliyi: Erdoğan hirsləndi
Futbol
96
26 Noyabr 2026 - 23:43

Supersport.Az xəbər verir ki, Batumidə UEFA Avropa Liqasının "Beşiktaş" - "Hapoel B.Ş." oyunu zamanı qalmaqal olub. Gürcüstan polisi türk azarkeşlərə fiziki güc tətbib, bibər qazından istifadə edib.


"Beşiktaş" fanatlarına "Fələstinə azadlıq" pankartını açdığı üçün vəhşilik edilib.


Gürcüstan polisi işğalçı İsrailin bayrağını açanlara toxunmayıb.


"Beşiktaş" hadisəylə bağlı bəyanat yayıb:


"Komandamızın UEFA Avropa Liqasında "Hapoel B-Şeva" ilə Gürcüstanın Batumi şəhərində oynadığı qarşılaşmadan əvvəl və matç zamanı azarkeşlərimizə qarşı qeyri-mütənasib güc tətbiq edən təhlükəsizlik qüvvələrini şiddətlə qınayır, baş verən hadisələrdən zərər çəkən azarkeşlərimizə keçmiş olsun diləklərimizi çatdırırıq.

​İdarə Heyətimizin üzvləri və klub rəsmilərimiz azarkeşlərimizin stadiona yola düşdüyü andan etibarən prosesi yaxından izləyirlər.

​Azarkeşlərimizin stadiona girişində təhlükəsizlik qüvvələri tərəfindən çətinlik yaradıldığı məlum olduqdan dərhal sonra UEFA nümayəndəsi ilə əlaqə saxlanılaraq stadionun təxliyə qapılarının açılmasına nail olunmuş və azarkeşlərimizin stadiona sürətli, təhlükəsiz şəkildə daxil olması təmin edilmişdir.

​Təhlükəsizlik qüvvələrinin azarkeşlərimizə tətbiq etdiyi qeyri-mütənasib güclə bağlı Batumidəki Baş Konsulluğumuz və UEFA nəzdində müvafiq addımların atılmağa başlandığını bəyan edir, hər bir azarkeşimiz ölkəmizə sağ-salamat qayıdana qədər prosesi yaxından izləyəcəyimizi bildiririk.

​Prezidentimiz Serdal Adalı ilə telefon danışığı aparan, prosesi yaxından izlədiyini ifadə edərək camiamıza və azarkeşlərimizə keçmiş olsun diləklərini çatdıran Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana minnətdarlığımızı bildiririk.

​Gürcüstanda yaşanan kədərli hadisələr səbəbindən həmrəylik nümayiş etdirərək klubumuza və azarkeşlərimizə keçmiş olsun diləklərini çatdıran dəyərli klublarımıza təşəkkür edirik".

Digər xəbərlər