"Qalatasaray"ın prezidentindən Fələstinə dəstək, zalımlara etiraz - Foto
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan "Qalatasaray"ın prezidenti Dursun Özbək Fələstinə dəstəyin, İsrailə etirazın davam etdiriləcəyini bəyan edib.
"Eşitdik ki, Netanyahu hökuməti azarkeşlərimizin Fələstin xalqına dəstək məqsədilə açdığı plakatlara görə klubumuzu UEFA-ya şikayət edib. Türk milləti olaraq tarix boyu olduğu kimi, bu gün də məzlumun yanında durmağa, Fələstin xalqının yaşadığı ağrı-acılara səssiz qalmamağa davam edəcəyik. Dünyanın dörd bir yanında Fələstin xalqının məruz qaldığı zülmə qarşı ucalan ortaq vicdan səsinin də göstərdiyi kimi, bu, siyasi deyil, insani və vicdani bir mövqedir.
Klub rəhbəri UEFA-ya məsləhət verib:
"Arzumuz odur ki, UEFA da bu həssaslığı eyni anlayışla dəyərləndirsin və siyasi motivlərlə edilən bu şikayətə məhəl qoymasın. Çünki futbolu siyasətdən uzaq tutmağın yolu insani və vicdani mövqeləri cəzalandırmaq deyil, futbolun siyasi təzyiqlərə alət edilməsinin qarşısını almaqdır"