"Real" birincidir, "Sabah" gerilədi - Foto
Futbol, Foto
242
26 Noyabr 2026 - 08:33
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının liqa mərhələsində 5-ci turun ardından turnir cədvəlində dəyişiklik olub.
"Real Madrid" PSV-ni darmadağın etməklə 5 oyundan maksimum - 15 xalla birinci pilləyə yüksəlib.
Bakıda "Sabah" üzərində qələbəylə "Barselona" 12 xalla 4 pillə irəliləyərək, 4-cü yerə qalxıb.
"Qalatasaray" "Aston Villa"nı məğlub edərək 9 xalla 14-cü, "Fenerbahçe" "Şaxtyor"a qalib gələrək 8 xalla 16-cı yerə yüksəlib.
"Barselona"ya 1:4 hesablı məğlub olan "Sabah" iki pillə geriləyərək 3 xalla 36 komanda sırasında 33-cü pillədədir.
Azərbaycan çempionu, "Mançester Yunayted"ə 0:4, "Borussiya Dortmund"a 1:2, "Vikinq"lə "Barselona"ya 1:4 hesablı məğlub olub, yalnız "Slaviya Praqa"ya 2:0 hesablı qalib gəlib.