Hans Flik: "Sabah"a qol hədiyyə etdik"

Hans Flik: "Sabah"a qol hədiyyə etdik"
Futbol
220
26 Noyabr 2026 - 09:39

Supersport.Az xəbər verir ku, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Sabah" üzərində 4:1 hesablı qələbəni şərh edib.


Alman mütəxəssis razı, narazı qaldığı məqamlardan danışıb. 

​

"Nəticədən razıyam. Belə oyunlar asan olmur. "Sabah"ın itirəcək heç nəyi yox idi.

​Səhv etmirəmsə, ilk hissədə topa 70 faiz nəzarət etdik, amma rəqibin təzyiqi olmadan belə səhvlərə yol verdik. İkinci hissədə isə "Sabah"a qol hədiyyə etdik.

​Bununla belə, üç xal qazandığımıza və ikinci hissənin əvvəlində yüksək oyun tempi nümayiş etdirdiyimizə görə məmnunam".  bildirib.

​Qeyd edək ki, bu qələbədən sonra Flikin komandası xallarını 12-yə çatdıraraq dördüncü pilləyə yüksəlib. «Sabah»ın isə 3 xalı var və komanda 33-cü pillədə qərarlaşıb.

Digər xəbərlər