"Barselona"da zəif cəhət tapmaq çətindir" - Video
Supersport.Az UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turu çərçivəsində sabah Bakı Olimpiya Stadionunda "Barselona"nı qəbul edəcək "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın fikirlərini videogörüntüyə çəkib.
"Rəqib dünya nəhənglərindən olan "Barselona"dır, siz isə debütantsınız. Belə səviyyə fərqi olan oyunda sizin üçün hansı amillər daha böyük rol oynayacaq?" sualına cavabında litvalı mütəxəssis deyib:
"Meydançaya çıxacağıq, oyundan ləzzət almalıyıq. Rəqibi tanıyırıq. Təbii ki, Avropada "Barselona"nın titullarını, onların gücünü bilirik. Mənim üçün hansısa zəif məqam tapmaq çətindir. Özümüzə güvənməli və oyundan zövq almalıyıq. Müdafiədə hansısa boşluqlarımız ola bilər. Amma əlimizdən gələni etməliyik. Bu matç özümüzü ən yaxşı tərəfdən göstərmək üçün yaxşı şansdır".