Əliyar Ağayev "Arsenal"ın oyununu idarə edəcək

Əliyar Ağayev "Arsenal"ın oyununu idarə edəcək
Futbol
443
02 Noyabr 2025 - 23:00

Supersport.Az xəbər verir ki, Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının 4-cü turunda “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununu idarə edəcək. 


Ağayevə kömək edəcək hakimlər — Akif Əmirəli, Zeynal Zeynalov, dördüncü hakim Elçin Məsiyev olacaq.


Niderland təmsilçiləri - VAR-da Rob Diperink, AVAR-da Yerun Manshot işini yerinə yetirəcək.


Oyun noyabrın 4-də, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


"Arsenal" hazırda 3 turdan sonra 9 xalla 4-cü, "Slaviya" isə 2 xalla 28-cidir.

Digər xəbərlər