Fərid Qayıbov kənarlaşdırıla, Orxan Məmmədov nazir təyin oluna bilər - Eksklüziv

Fərid Qayıbov kənarlaşdırıla, Orxan Məmmədov nazir təyin oluna bilər - Eksklüziv
Digər, Eksklüziv, Tribuna
851
30 Oktyabr 2025 - 11:11

Allah yaxşıları mükafatlandırır, pisləri cəzalandırır. İnsan yaxşılıqla ucalır, pislik etməklə kiçilir.


Vəzifə də gəldi-gedərdi, qalan gözəl əməllərdir.


Uca Allah hamımızı imtahan edir, sorğu-sual olunacağıq. İdarəçilərin də üzərinə böyük məsuliyyət düşür və onların əsas vəzifələri doğru, ədalətli və peşəkar olmaqdır. 


Azərbaycanın Gənclər və İdman Nazirliyinin rəhbərliyinin fəaliyyətində də ciddi nöqsanlar vardır. Nazirlikdə dəyişiklik ediləcəyi ehtimal olunur. 


Prezident İlham Əliyevin 4 ildir gənclər və idman naziri olan Fərid Qayıbovu kənarlaşdıracağı güman edilir.


F.Qayıbov 4 ildir ki, nazir vəzifəsində etimadı doğrultmur. Ötən müddətdə o, bəzi mənfi addımlar atmaqla fəaliyyətində ciddi nöqsanlara yol verdi.


AFFA prezidenti Rövşən Nəcəf də yanlış işləyir ki, Azərbaycan futbolu bataqlıqdadır.


Fərid Qayıbov 2021-ci ildə nazir təyin olunandan sonra səhv yolu seçdiyi üçün ölkə idmanında ciddi narazılıqlar başladı. 


Qayıbov bəzi dünya şöhrətli məşhur idmançılara, mütəxəssislərə, rəhbərlərə, federasiya, hətta mətbuat nümayəndələrinə ədalətsizliklər etməkdən çəkinmədi. F.Qayıbov nazir təyin olunan zaman olimpiya, dünya çempionu Fərid Mansurovu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırıb, dostu Elnur Məmmədovu bu posta gətirdi. 


Fərid Qayıbov, həmçinin digər dünya şöhrətli idmançılardan Hacı Əliyev, Rafael Ağayevə haqsızlıq etdi.


Bu ilin fevralında prezident İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsinin Hesabat-Seçki Baş Məclisində gənclər və idman naziri Fərid Qayıbov MOK-dan kənarlaşdırıldı. Qayıbov qurumun yenidən vitse-prezident vəzifəsinə, həmçinin İcraiyyə Komitəsi üzvlüyünə seçilmədi. Fərid Qayıbovun əvəzinə olimpiya çempionu Fərid Mansurov vitse-prezident, İcraiyyə Komitəsi üzvü seçildi.


Fərid Qayıbovun pislik etdiyi Hacı Əliyevlə Rafael Ağayev isə MOK-a üzv qəbul olundu.


Gənclər və idman naziri Fərid Qayıbovun fəaliyyətində nöqsanlar bununla bitməyib.


Azərbaycan Respublikası Hesablama Palatası dəfələrlə Fərid Qayıbovun rəhbərlik etdiyi Gənclər və İdman Nazirliyində maliyyə saxtakarlığı aşkar edib.


İdmançıları döyməkdə günahlandırılan Mariana Vasileva gənclər və idman naziri müavini vəzifəsindən qovulub. 


İlham Əliyev Fərid Qayıbovu III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri vəzifəsindən çıxararaq baş nazirin müavini Samir Şərifovu bu posta, Qayıbovu isə müavin təyin etmişdi.


Bir müddət əvvəl idman federasiyalarının maliyyələşdirilməsi səlahiyyəti Gənclər və İdman Nazirliyindən alınıb.

Maliyyə Nazirliyinin şifahi tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi tərəfindən idman federasiyalarının ölkədaxili və beynəlxalq idman tədbirlərində iştirakının maliyyələşdirilməsi dayandırılıb.

Bu məqsədlər üçün dövlət büdcəsindən vəsaitin ayrılması və təyinatı üzrə xərclənməsi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən aparılır.

Maliyyə Nazirliyi bir sıra dövlət qurumlarında aparılan yoxlamalarla bağlı yaydığı açıqlamada bildirib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir.


Fərid Qayıbov ciddi nöqsanlardan dərs almadı, nəticədə bir sıra səlahiyyətlərini itirdi. İndi o, nazir vəzifəsindən də kənarlaşdırıla bilər.


Ölkə prezidenti İlham Əliyevin Fərid Qayıbovu gənclər və idman naziri vəzifəsindən kənarlaşdıracağı, tanınmış şəxs Orxan Məmmədovu bu vəzifəyə təyin edəcəyi ehtimal olunur.


Orxan Məmmədov iqtisadçı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, "Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri və Azərbaycan Minifutbol Federasiyasının prezidentidir. Minifutbol milli komandası bu il Bakıda dünya çempionu olduğu üçün İlham Əliyev qalibləri qəbul edərək müsbət fikirlər bildirib, 2 milyon manatla mükafatlandırıb. 


Gənclər və idman naziri postuna digər namizədlərin AFFA-nın keçmiş baş katibi, FİFA-da direktor kimi çalışan Elxan Məmmədov, məşhur sima Fərid Mansurov və keçmiş deputat, Suraxanı rayon icra başçısı Adil Əliyevin olduğu ehtimal edilir.


Supersport.Az


Digər xəbərlər