"Qarabağ" - Azərbaycan reytinqdə irəlilədi
Futbol
363
06 Noyabr 2025 - 08:43
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 4-cü turunun ardından UEFA-nın reytinqlərində bəzi dəyişikliklər olub. "Qarabağ" "Çelsi"ylə oyunda xal qazandığı üçün həm ölkəmiz, həm də klub irəliləyib. Ağdam komandası ölkəmizə 0,250 xal qazandırıb.
Azərbaycan bu mövsüm avrokuboklarda uğurlu çıxış edən ölkələr sırasında 1 pillə irəliləyərək 13-cüdür. Ölkəmiz hazırki sezon 5.125 xal qazanıb.
"Qarabağ" 40.000 xalla 55-ci yerdən 54-ə qalxıb.
Azərbaycan 24 mövsümün nəticəsinə əsasən, 22.250 xalla 55 ölkə sırasında 25-cidir.