"Sabah"la oyunda rəqibləri problem yaşayacaqlar"
Futbol
111
21 Oktyabr 2026 - 07:41
Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda "Sabah"ı məğlub edən "Borussiya"nın baş məşqçisi Niko Kovaç matç haqda danışıb.
"Oyundan razıyıq. Çox yaxşı oynadığımızı düşünürəm. Biz çox güclü komanda ilə oynadıq. Əslində bu matçı hücumda oynamaq istəyirdik. Oyunu arxadan düzgün quraraq hücuma keçirdik. İlk 10 dəqiqədə 2 və ya 3 qol vura bilərdik. Bir müddət sonra oyun biraz sakitləşdi. "Sabah" çox yaxşı oynadı. Rəqibin vurduğu qol vəziyyətində daha fərqli oynaya bilərdik. Asan rəqib deyil. Onları təbrik edirəm.
Ciddiyə alınası rəqibdir. Növbəti rəqiblər "Sabah"la problem yaşayacaqlar. Çox yaxşı baş məşqçiləri var. Onlara uğurlar arzu edirəm".