Eksklüziv: "Sabah" - "Borussiya" matçına satılan biletlərin sayı açıqlandı
Futbol, Eksklüziv
130
19 Oktyabr 2026 - 22:57
Supersport.Az-a UEFA Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək "Sabah" (Azərbaycan) – "Borussiya" (Dortmund) oyununa satılan biletlərin sayı açıqlanıb.
Matça hələ ki, 56 min bilet alınıb.
Supersport.Az-a bu məlumatı "Sabah" klubunun mətbuat katibi Elnur Həmidov verib.
Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu 69 min 870-dir.
"Sabah" – "Borussiya" oyunu oktyabrın 20-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.