"Borussiya"ya oyun keyfiyyəti baxımından məğlub olduq" - Video
Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti görüşündə "Borussiya"ya məğlub olan "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib:
"Bərabərliyə yaxın olsaq da, keyfiyyət öz sözünü dedi. Rəqibi təbrik edirəm. Öz komandamla qürür duyuram.Onlar əllərindən gələni etdilər.
Bəlkə də, oyunu tam izləməmisiniz. Matça yenidən baxsanız görərsiniz ki, hansı taktiki planımız var idi. Hər şey aydın idi. Məncə. stadionda olan hər kəs bunu gördü".
"Oyunda ən çox məyus olduğunuz məqam?" sualını litvalı mütəxəssis belə cavablandırıb:
"Daha yaxşı komanda qələbə qazandı. Unutmayaq ki, "Borussiya" Avropanın ən güclü 5-6 komandasından biridir. Lakin, biz də heç-heçəyə yaxın idik. Futbol belədir. Bəzən qol vurmaq alınır, bəzən yox. Çempionlar Liqaı matçları oynamaq çətindir. Adaptasiya olana kimi rəqib öz təcrübəsindən istifadə edərək bizi cəzalandırdı. Yenidən bildirmək istəyirəm ki, bütün futbolçularımla qürur duyuram".