Qvardiola israili pislədi: "Qəzzada 34 mindən çox insan öldürülüb"
Futbol
126
19 Oktyabr 2026 - 16:46
Supersport.Az xəbər verir ki, "Mançester Siti"nin ispan baş məşqçisi Pep Qvardiola növbəti dəfə İsraili terrorda ittiham edib.
"Onlar ölü deyillər, onlar qətlə yetirilmiş insanlardır. Onlar sadəcə rəqəm deyillər. Onlar adı, üzü, ailəsi, xəyalları və xatirələri olan həyatlar idi. Ağrını gizlədən bir dili qəbul etdikdə, insanlığımızı itirməyə başlayırıq. Tariximizin çox qaranlıq bir dövründən keçirik. İsrail hökuməti Qəzzada 34 mindən çox insanı öldürüb. Fələstin vacibdir, ədalətə və sülhə ehtiyacı var. İndi xahiş edirəm, Fələstin danışmağa insanlığı müdafiə etməyə davam edin".