Video: "Borussiya" bizə qol vurmağa imkan verəcəkmi?" - Valdas Dambrauskas 

Video: "Borussiya" bizə qol vurmağa imkan verəcəkmi?" - Valdas Dambrauskas 
Futbol, Video
168
19 Oktyabr 2026 - 20:35

Supersport.Az xəbər verir ki, "Borussiya"nı qəbul edəcək "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas fikirlərini bildirib.


"Rəqib komandanın son iki oyunda qol vura bilməməsi bizim üçün xoş xəbər deyil. Çünki onlar bizimlə matçda fərqlənməyə köklənəcəklər. "Borussiya" Almaniyanın ən güclü klublarından biridir. Onlar topla çox yaxşı rəftar edirlər. Belə komandaya qarşı çıxış etmək çox çətindir. Rəqib komandanın futbolçuları çox sürətlidirlər. Bu görüşü səbirsizliklə gözləyirik.


Təbii ki, istəyirik ki, rəqib qapısına yol tapaq və qol vuraq. Lakin bunun nə dərəcədə mümkün olacağını matçda biləcəyik. Sualı "Borussiya" komandasına vermək lazımdır. Görəsən, onlar bizə qol vurmağa imkan verəcəklərmi?".

Digər xəbərlər