"Qarabağ"la "Sabah"ın UEFA reytinqində yeri
Supersport.Az-ın məlumatına görə, UEFA klubların reytinqini yeniləyib.
Avropanın 415 komandası sırasında Azərbaycan təmsilçiləri də yer alıb.
Konfrans Liqasında uğursuz çıxış edən "Qarabağ" (36.250 xal) 60-cıdır.
Çempionlar Liqasının liqa mərhələsində iştirak edən "Sabah" 131-ci (14.000 xal), növbəti rəqibi "Vikinq" 149-cu (11.500 xal) pillədədir.
"Zirə" (7.000 xal) 222-ci, "Neftçi" 265-ci (5.500 xal), "Araz-Naxçıvan" 298-ci, "Sumqayıt" 299-cu, "Qəbələ" (hər üçü 4.837 xal) yeri tutur.
UEFA reytinqində "Bayern" (130.500 xal), "Arsenal" (129.000 xal) və Çempionlar Liqasının ikiqat qalibi PSJ (125.000 xal) ilk üç yerdədir.
"Barselona"nı üçüncü turda məğlub edən PSJ "Real Madrid"i (124.500 xal) 4-cü pilləyə salıb.
"Barselona" (108.250 xal) 8-ci yerə düşüb.