"Qarabağ"da Kadi şoku
Futbol
379
06 Noyabr 2025 - 14:39
Supersport.Az xəbər verir ki, "Çelsi" ilə oyunda zədələnən yarımmüdafiəçimiz Kadi Borges oyundan dərhal sonra hospitalda müayinədən keçib.
Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.