"Qarabağ" - "Neftçi" oyununa biletlər qurtardı
Futbol
298
08 Noyabr 2025 - 15:45
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının Zəfər Turu (Xl) çərçivəsində Suraxanın 5 min 800 tamaşaçı tutumlu stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu üçün satışa çıxarılan bütün biletlər satılıb.
Qarşılaşmaya 9 noyabr saat 18:44-də start veriləcək.
Qapılar azarkeşlər üçün oyunun start fitindən 90 dəqiqə əvvəl açılacaq.