Qurban Berdıyev: "Bizə daha çətin oldu"
Futbol
213
08 Noyabr 2025 - 21:29
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 11-ci turunda "Zirə"ylə qolsuz heç-heçə edən "Turan"ın baş məşqçisi Qurban Berdıyev açıqlama verib.
"Komandam adından Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edirəm. Oyuna gəldikdə, təxmin etdiyimiz kimi çətin oyun oldu. Azlıqda qaldıqdan sonra bizə daha da çətin oldu. Uşaqlara xarakter nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Əks-hücumda kifayət qədər təhlükəli vəziyyət yaratdılar".