Azərbaycan yığması 0-da qaldı: Şahin Bağırovun bərbad işi

Azərbaycan yığması 0-da qaldı: Şahin Bağırovun bərbad işi
Voleybol
178
22 İyun 2026 - 08:23

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Avroliqada altıncı, son oyununu keçirib.


Supersport.Az xəbər verir ki, Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv Bakıda Portuqaliya ilə qarşılaşıb.


Millimiz rəqibinə 1:3 hesablı məğlub olub.


Azərbaycan - Portuqaliya - 1:3 (25:21, 16:25, 12:25, 19:25)


Azərbaycan millisi bundan əvvəl Yunanıstan (0:3), İsveç (0:3), Rumıniya (0:3), İspaniya (0:3) və Macarıstan (1:3) ilə qarşılaşmışdı. 


Hazırda yığmamız turnir cədvəlinin 27 komanda arasında 26-cı pillədə qərarlaşıb (0 xal).


Turnir cədvəlində 1-ci yerdən 4-cü yerə qədər olan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.


Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının üç ildir prezidenti Dövlət Gömrük Komitəsinin Şahin Bağırovdur. Ş.Bağırovun idman qurumunda fəaliyyəti bərbaddır. Bu səbəbdən yığma komandalar beynəlxalq yarışlarda biabırçı çıxış edir.

Digər xəbərlər