"Zirə"nin qorxduğu "Torpedo" xallar itirdi

"Zirə"nin qorxduğu "Torpedo" xallar itirdi
Futbol
136
23 İyun 2026 - 09:01

Supersport.Az-ın məlumatına görə, Gürcüstan çempionatının 19-cu turunda Kutaisi təmsilçisi xallar itirib.

"Torpedo" meydanında 8-ci pillədəki "Spaeri"ni məğlub edə biıməyib. Oyun 0:0 hesablı başa çatıb.


Gürcüstanın yüksək liqasında 10 komanda iştirak edir, ilk "üçlük"də "Metallurq" (19 matç, 32 xal), "Saburtalo" (18 oyun, 31 xal) və "Dinamo Tiflis" (18 oyun, 28 xal) yer alıb. "Torpedo" 19 oyundan 27 xalla 4-cü pillədədir.


UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində "Torpedo Kutaisi"ylə qarşılaşacaq "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov üç gün əvvəl açıqlamasında səfərdə 12 min azarkeş qarşısında matçın daha çətin keçəcəyini bildirib. Bu, Zirə klubunun rəqibdən qorxduğunu göstərir. "Zirə" "Spaeri" kimi də olmayacaq?



Digər xəbərlər