Türkiyə yığmasından Montella qovulur, Arda Turan gətirilir

Türkiyə yığmasından Montella qovulur, Arda Turan gətirilir
Futbol
110
21 İyun 2026 - 21:35

Dünya çempionatında Türkiyə futbol yığmasının uğursuzluğa düçar olması ölkə ictimaiyyətini qəzəbləndirib. Qrupda qalan seçmə komandanın italiyalı baş məşqçisi Vinçenso Montella, futbolçular sərt tənqid olunurlar.


Supersport.Az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası başqanı İbrahim Hacıosmanoğlu Montellanı istefaya göndərib, Arda Turanı gətirmək istəyir. Bu iddia Türkiyə mətbuatında yer alıb. 


Ardanın daha əvvəl "Qalatasaray"la "Beşiktaş"ın təklifini qəbul etmədiyi bildirilir.


Xatırladaq ki, 39 yaşlı Arda Turan qısa müddətdə baş məşqçisi olduğu "Şaxtar Donetsk"i Ukrayna çempionu edib, UEFA Konfrans Liqasının yarımfinalına aparıb.



Digər xəbərlər