"Neftçi"də kapitanlarla yeni müqavilə - Foto
Futbol, Foto
103
21 İyun 2026 - 21:17
Supersport.Az xəbər verir ki, "Neftçi" PFK kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.
Yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2017/18 mövsümündən komandanın şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.
"Neftçi"nin yetirməsi Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində bizimlə olub və 25 rəsmi oyun keçirib.