"Qarabağ" Hamidu Keytanı yenidən gətirdi - Eksklüziv

"Qarabağ" Hamidu Keytanı yenidən gətirdi - Eksklüziv
Futbol, Eksklüziv, Foto
175
21 İyun 2026 - 17:33

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" yenidən Hamidu Keytanı heyətinə cəlb edib.


Seneqallı mərkəz hücumçusu əvvəllər də Ağdam klubunda forma geyinib.


Fransa vətəndaşı da olan 31 yaşlı Hamidunun mayın sonu "Araz-Naxçıvan"la müqaviləsi başa çatıb.


Hamidu Keyta dünən "Qarabağ"ın heyətində "Zirə"yə qarşı yoxlama matçında oynayıb və diqqətimizdən yayınmayıb. Hətta futbolçunun yeni fotosunu da çəkmişik.



Digər xəbərlər