"Turan"la "Zirə" növbəti mərhələdə
Futbol
246
02 Dekabr 2025 - 21:33
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Supersport.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
"Şahdağ Qusar" "Turan Tovuz"la qarşılaşıb. Tovuz klubu 2:1 hesablı qələbə qazanıb.
"Zirə" "Neftçi"ni mübarizədən kənarlaşdırıb.
Bu mərhələnin matçları bir oyundan ibarət olub.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
2 dekabr
15:00 "Şahdağ Qusar" - "Turan Tovuz" 1:2
Qollar: Famil Camalov 75(p) - Ayxan Hüseynov, 4 (p), Aleks Souza 64
Baş hakim: Rəvan Həmzəzadə
Sumqayıt Arena
19:00 "Zirə"- "Neftçi" 1:0
Qol: Martins Junior 116
Baş hakim: Tural Qurbanov
Zirə İK stadionu