"Turan"ın bu məğlubiyyəti utancvericidir, ağrılıdır" - Qurban Berdıyev
Futbol
493
13 Dekabr 2025 - 21:17
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XV turunda "Sabah"a uduzan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev məğlubiyyətin səbəblərini açıqlayıb.
"Müdafiədə buraxdığımız kobud səhvləri "Sabah" lazımınca dəyərləndirdi və layiqli qələbə qazandı. Müdafiədə belə səhvlər buraxmaq olmaz. Bu, bizə xas deyil. Azarkeşlərimizə acı verdiyimizi hiss edirik. Paltardəyişmə otağında da oyunçulara azarkeşlərimiz önündə belə məğlubiyyətin utancverici və ağrılı olduğunu dedim".