Qurban Qurbanov 15-ci dəfə birinci seçildi - Video

Qurban Qurbanov 15-ci dəfə birinci seçildi - Video
Futbol, Video, Foto
656
15 Dekabr 2025 - 15:00

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim edilib.


Jurnalistlər arasında komanda.az saytının keçirdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub. Qurban Qurbanova mükafatı komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.


Qurban Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.


Sorğuda iştirak edənlərdən ikisi son mövzümdə "Sabah"a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, biri "Zirə"nin “sükanı arxasında” olan Rəşad Sadıqova, biri "Araz-Naxçıvan"ın çalışdırıcısı Elmar Baxşıyevə, biri isə milli komandanın və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasova səs verib.

Digər xəbərlər