Azərbaycanın güləş yığmasında yeni legioner

Azərbaycanın güləş yığmasında yeni legioner
Olimpiya, Digər, Eksklüziv, Güləş
720
29 Dekabr 2025 - 09:17

Supersport.Az-ın məlumatına görə, Azərbaycanın sərbəst güləş yığmasına iranlı pəhləvan cəlb olunacaq. Amir Rıza Məsumi ilə razılıq əldə edildiyi bildirilir.


İran Güləş Federasiyasının rəhbəri Əlirza Dəbir əvvəlcə idmançının buraxılmayacağını bildirsə də, sonra fikrini dəyişib.


Bu məsələylə bağlı uzun müddət danışıqlar olduğu, Azərbaycan Güləş Federasiyasının Amir Rıza Məsumiylə müqavilə imzaladığı bildirilir.


Amir Rızanın atası, keçmiş güləşçi Fərdin Məsumi İran Güləş Federasiyasının rəhbəri Əlirza Dəbirlə görüşüb. Ə.Dəbir müsbət cavab verib. 


Azərbaycanla yanaşı Ermənistan da Amir Rızanı razı salmağa çalışırdı. 


Qeyd edək ki, 21 yaşlı Amir Rıza Məsumi 125 kq çəki dərəcəsində yarışır. Amir Rıza son Asiya çempionu, U-20-də dördqat dünya çempionu, U-23-də ikiqat dünya çempionu və U-17-də bir dəfə dünya çempionu olub.



Digər xəbərlər