Fərid Qayıbovun unutduğu Rafael Ağayev dünya qurumunun diqqətində - Foto

Fərid Qayıbovun unutduğu Rafael Ağayev dünya qurumunun diqqətində - Foto
Karate, Digər, Eksklüziv, Foto
627
29 Dekabr 2025 - 08:47

Supersport.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin unutduğu, tədbirlərə dəvət etmədiyi, "qara siyahı"ya saldığı dünyada məşhur karateçi Rafael Ağayevə Dünya Karate Federasiyası (WKF) xüsusi diqqət yetirib.


Rafael Ağayev bir müddət əvvəl Fərid Qayıbovun  nazir olduğu qurumu tənqid etmişdi.


Dünya Karate Federasiyası Rafael Ağayev haqda paylaşım edib.


WKF-in paylaşımında qeyd edilib:


"Rafael Ağayev haqqında bilməli olduğunuz 8 məlumat:


1) O, 4 mart 1985-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub.

2) Şotokan üslubunda karate ilə məşğul olur.

3) WKF versiyası üzrə 5 qat dünya çempionudur və dünya çempionatlarında karate tarixində fərdi yarışda ən çox titul qazanan idmançıdır.

4) "Şərqin Panteri" ləqəbi ilə tanınır.

5)  11 dəfə Avropa çempionatının qalibi olub.

6) İdman fəaliyyətinə 7 yaşında başlayıb. Atası futbolçu olub, qardaşları isə döyüş sənətləri ilə məşğul olublar və bu, onda idmana dərin sevgi formalaşdırıb.

7) Anası onun intizamının və həyat dəyərlərinin formalaşmasında mühüm rol oynayıb".

8) Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edərək kişilər arasında kumite üzrə −75 kq çəki dərəcəsində gümüş medal qazanıb.

Digər xəbərlər