"Sabah"da 3 illik müqavilə
Futbol
493
07 Yanvar 2026 - 01:32
Supersport.Az xəbər verir ki, "Sabah" FK yarımmüdafiəçi Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib. Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın "Rubin" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Umarali ilə yeni 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən ilin yanvar ayından "Sabah"ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.