"Neftçi" - "Kayrat" oyununun vaxtı

"Neftçi" - "Kayrat" oyununun vaxtı
Futbol
475
08 Yanvar 2026 - 21:31

Supersport.Az xəbər verir ki, "Neftçi" Əbu-Dabi toplanışı çərçivəsində ilk yoxlama oyununu sabah keçirəcək.


Həm yerli, həm də Bakı vaxtı ilə saat 17:00-da başlanacaq "Kayrat"la (Qazaxıstan) matç "321 Sports Club" stadionunda keçiriləcək.


Bu gün oyunöncəsi son məşqini keçirən "Neftçi" yanvarın 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq.

Digər xəbərlər