"Neftçi"nin kanalı ləğv edildi

"Neftçi"nin kanalı ləğv edildi
Futbol
349
10 Yanvar 2026 - 16:00

Supersport.Az xəbər verir ki, Audiovizual Şuranın iclasında "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunub.


Qeyd olunub ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən "Neftçi TV" kanalı ilə bağlı Audiovizual Şura tərəfindən "Neftçi Media" MMC-yə bir neçə dəfə bildiriş verilib, xəbərdarlıq olunub. 


Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura "Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.


"Neftçi" klubunun rəhbərliyi bərbad komandaya, legionerlərə boşuna pullar xərcləsə də, mediaya vəsait ayırmadığı üçün kanalı bağlanıb.

Digər xəbərlər