"Qəbələ" "Kəpəz"dən güclü oldu

"Qəbələ" "Kəpəz"dən güclü oldu
Futbol
372
10 Yanvar 2026 - 19:32

"Qəbələ" və "Kəpəz" komandaları bu gün yoxlama oyununda qarşılaşıblar.


Supersport.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.


"Qəbələ"nin qollarını Domi Massoumou, İsmaheel Akinade və Qədir Ramazanov vurub. "Kəpəz"də isə Ryonosuke Ohori fərqlənib.


Qeyd edək ki, yanvarın 14-ü "Araz Naxçıvan"la üz-üzə gələcək "Qəbələ", ayın 18-də "Baku Sportinq"lə matçda qüvvəsini sınayacaq. "Kəpəz" isə yanvarın 17-də Yevlaxda "Karvan-Yevlax"ın qonağı olacaq.

Digər xəbərlər