"Qarabağ" "Neftçi"yə futbol dərsi keçdi

"Qarabağ" "Neftçi"yə futbol dərsi keçdi
Futbol
440
12 Yanvar 2026 - 20:00

Supersport.Az xəbər verir ki, Türkiyənin Antalya şəhərində "Qarabağ" bu gün yoxlama Özbəkistanın "Neftçi" (Fərqanə) klubunu sınaqdan keçirib. Azərbaycan komandası rəqibini 5:0 məğlub edib.


18:00 "Qarabağ" - "Neftçi" (Fərqanə) 5:0


Qollar: Marko Yankoviç (2), Leandro Andrade, Joni Montiel, Nəriman Axundzadə



"Qarabağ" görüşə aşağıdakı "11-lik"lə çıxıb:


99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 9. Joni Montiel, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran.


Qarşılaşma Ağdam komandasının üstünlüyü ilə keçib. Bu, hesabda da öz əksini tapıb. "Qarabağ" ilk hissədə rəqib qapısından 4 top keçirib. Marko Yankoviç iki, Leandro Andrade ilə Joni Montiel hərəyə bir dəfə fərqlənib.


İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Hücumlarını davam etdirən "Qarabağ" daha bir qol vurub. Nəriman Axundzadə rəqib qapısına yol tapıb.


Beləliklə, "Qarabağ" yoxlama oyununda 5:0 hesabı ilə qələbə qazanıb. Ağdam klubu növbəti matçını yanvarın 16-da keçirəcək. Polşanın "Zaqlebie Lubin" klubu ilə qarşılaşma saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) başlayacaq.


Digər xəbərlər