Azərbaycan futbolunda 8 mövsümün rekordu
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb. Bu, XXII turun son oyununda olub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" – "Sabah" matçını (3:3) 10 min 361 tamaşaçı izləyib.
Bunadək rekord XII turda qeydə alınmışdı.
2025-ci il noyabrın 21-də baş tutan "Sumqayıt" – "Qarabağ" oyununa 9100 azarkeş tamaşa edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda qonaqlar qalib gəlib – 4:2.
"Qarabağ" – "Sabah" matçındakı göstərici təkcə cari deyil, son 8 mövsümün rekordudur.
Daha çox tamaşaçıya sonuncu dəfə 2017/18 mövsümündə olub.
2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilən XI turun "Kəpəz" – "Qarabağ" qarşılaşmasında (0:2) 13 min 300 azarkeş qeydə alınıb.