"Zirə" autsayderi məğlub edə bilmədi
Futbol
396
12 Yanvar 2026 - 20:57
Türkiyədə hazırlığa davam edən "Zirə" bu gün ilk yoxlama oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün Rumıniya çempionatının aitsayderi "Çiksereda" klubu ilə qarşılaşıb. Matç 3:3 hesablı bərabərliklə başa çatıb.
Azərbaycan təmsilçisinin heyətində Rövlan Muradov iki dəfə penaltidən fərqlənib. Digər qolu isə Namik Ələskərov vurub.
Qeyd edək ki, "Zirə" yanvarın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.