"Real" Xabi Alonsonu kənarlaşdırdı

"Real" Xabi Alonsonu kənarlaşdırdı
Futbol
407
13 Yanvar 2026 - 13:55
İspaniyanın "Real" Madrid" komandası baş məşqçisi Xabi Alonsoyla yolları ayırıb. 

Supersport.Az xəbər verir ki, bu barədə ispan klubunun mətbuat xidməti məlumat yayıb.
 

Bildirilib ki, 44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Komandanın keçmiş oyunçusu Alvaro Arbeloa "Real"ın baş məşqçisi təyin edilib.


Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından bəri "Real"ı çalışdırırdı. Alonsoyla komanda ötən gün İspaniya Super Kubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olub.

Digər xəbərlər