Kaxaber Tsxadadzedən qələbə haqda açıqlama

Kaxaber Tsxadadzedən qələbə haqda açıqlama
Futbol
521
14 Yanvar 2026 - 18:50

Supersport.Az xəbər verir ki, "Araz-Naxçıvan"ı məğlub edən "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze fikirlərini bildirib.


"Biz çox yaxşı komandaya qarşı oynadıq. "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenkonu çoxdan tanıyıram. Çox yaxşı mütəxəssisdir. Belə komandaya qarşı düzgün oynamalı idik. İkinci yoxlama oyunumuzu keçirdik. İlk görüşə nisbətən bu gün daha yaxşı təsir bağışladıq. Hava şəraitinin əlverişsiz olmasına  baxmayaraq, yaxşı mübarizə getdi. Nəticə elə bir önəm kəsb etmir. Əsas futbolçuları yoxlamaqdır. Hər iki komanda yaxşı mübarizə apardı. Əsas odur ki, oyunda zədələnən olmadı. Keyta bu gün debüt etdi, həmçinin Akinade ikinci oyununa çıxdı. Hər iki futbolçudan razı qaldım.

Digər xəbərlər