"Uşaqlara dedim ki, məğlubiyyətə təəssüflənməyin" - Andrey Demçenko
Futbol
464
14 Yanvar 2026 - 19:02
Supersport.Az xəbər verir ki, "Qəbələ"yə yoxlama oyununda məğlub olan "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko açıqlama verib.
"Bugünkü oyun daha çox məlumat xarakterli idi və nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə, futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik".