"Qarabağ"da gündə iki məşq

"Qarabağ"da gündə iki məşq
Futbol
490
16 Yanvar 2026 - 09:18

Türkiyəyə yollanan “Qarabağ” mövsümün ikinci yarısına hazırlıq prosesini davam etdirir.


Supersport.Az xəbər verir ki, Ağdam komandası Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının beşinci gününü iki məşqlə başa vurub.


Günün ilk hissəsində futbolçular fitnes zalında fiziki hazırlıq üzərində çalışıblar.


Daha sonra komanda stadionda keçirilən toplu məşqdə taktiki və texniki tapşırıqların icrasına diqqət yetirib.

Digər xəbərlər