"Zirə" məğlubiyyətləri sıraladı

"Zirə" məğlubiyyətləri sıraladı
Futbol
405
16 Yanvar 2026 - 22:31

Türkiyədə "Zirə" son yoxlama matçını keçirib. 


Supersport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Bohemians"la qarşılaşıb. Matç Çexiya klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.


"Qartallar"ın heyətində Runa Renato 41-ci dəqiqədə penaltidən fərqlənib.


Qeyd edək ki, "Zirə" Antalyada bundan əvvəl iki yoxlama oyunu keçirib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın "Çiksereda" klubu ilə 3:3 hesablı heç-heçə edib, Ukrayna təmsilçisi "Aleksandriya"ya isə 2:3 hesabı ilə uduzub.

Digər xəbərlər