"Neftçi" çinliləri məğlub etdi
Futbol
441
17 Yanvar 2026 - 11:39
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan "Neftçi" son yoxlama oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Çinin "Çenqdu Ronqçenq" klubu ilə qarşılaşıb. Azərbaycan klubu 3:1 hesablı qələbə qazanıb.
Bakı təmsilçisinin qollarını Andrey Ştoqrin, İqor Ribeyro və Bassala Sambu vurublar.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl Əbu-Dabida iki hazırlıq matçı keçirib. Paytaxt klubu Qazaxıstanın "Karyat" klubuna 3:0 hesabı ilə qalib gəlib, Misir təmsilçisi "Piramids"lə 1:1 hesablı heç-heçə edib.