İlham Əliyevdən "Qarabağ" paylaşımında UEFA-ya mesaj

İlham Əliyevdən "Qarabağ" paylaşımında UEFA-ya mesaj
Futbol
476
22 Yanvar 2026 - 08:27

Azərbaycan prezidenti İlham Əliyev "Qarabağ"ın "Ayntraxt" üzərindəki qələbəsi (3:2) ilə bağlı paylaşım edib.


Supersport.Az xəbər verir ki, "Qarabağ"ı təbrik edən dövlət başçısı İlham Əliyev matçın baş hakimi barədə irad bildirib:


"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm! 


Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə "Qarabağ"ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. 


Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!"

Digər xəbərlər