"Qarabağ" ölkəmizi irəli apardı
Futbol
459
22 Yanvar 2026 - 10:12
UEFA-nın əmsallar reytinqində yenilənmə olub.
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasında 7-ci tur oyunlarından sonra Azərbaycan bir pillə irəliləyib. Ölkəmiz 22.750 xalla 28-dən 27-ci yerə qalxıb. "Qarabağ" "Ayntraxt" üzərində qələbəylə Azərbaycana 0,500 xal qazandırıb. Slovakiya 22.375 xalla 28-ci pilləyə düşüb. Sloveniya 22.843 xalla 26-cıdır.
Azərbaycan bu mövsüm üçün reytinqdə 22500 xalla 54 ölkə sırasında 18-cidir.
Türkiyə 48.325 xalla 9-cudur.
Qeyd edək ki, 55 ölkənin siyahısında İngiltərə 104.769 xalla birincidir.