"Neftçi"də sıxışdırılan qolkiper "Qəbələ"yə keçdi
Futbol
74
27 Yanvar 2026 - 19:52
Supersport.Az xəbər verir ki, "Qəbələ" Rza Cəfərovu "Neftçi"dən icarəyə götürüb.
22 yaşlı qapıçı mövsümün sonuna kimi komandanın şərəfini qoruyacaq.
Rza Cəfərov Azərbaycan milli komandasının heyətində 6 oyun keçirib.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl İsmaeel Akinade və Seydina Keyta ilə də müqavilə bağlayıb.