"Liverpul"un baş məşqçisi Arne Slot "Qarabağ"dan danışdı

"Liverpul"un baş məşqçisi Arne Slot "Qarabağ"dan danışdı
Futbol
81
27 Yanvar 2026 - 20:55

Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsinin son turunda "Qarabağ"ı qəbul edəcək "Liverpul"un baş məşqçisi Arne Slot müsbət fikirlər bildirib.


Arne Slot “Qarabağ”la oyundan öncə: 

"Qalib gəlmək istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. “Bornmut”a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim.


"Qarabağ"ın heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. "Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib və asan məğlub ediləcək rəqib deyil. Hətta "Qarabağ" bu mövsüm Çempionlar Liqasında "Çelsi"yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub".



Digər xəbərlər