"Neftçi" "Qarabağ"ın uğurlarını istəmir" "İmarət"dən reaksiya
"Qarabağ"ın "Neftçi"ylə oyunu təxirə salmaq xahişinə paytaxt klubu mənfi cavab verdiyi üçün PFL matçı fevralın 21-nə təyin edib.
Supersport.Az xəbər verir ki, "İmarət" azarkeş qrupu bu məsələyə reaksiya bildirib:
"Qayıdış" klubu bizim oyunu təxirə salmaq təklifimizə "yox" deməyini ölkə çempionatında öz mövqeyini gücləndirməklə əlaqələndirib.
Təbii ki, bu, qeyri-səmimilikdir. "Neftçi" hazırda 7-ci yerdədir və böyük ehtimal ilk dördlüyə də düşə bilməyəcək.
Eyni zamanda aramızda baş tutan son illərin qarşılaşmalarında "Qayıdış"ın aşkar məğlub olması faktı onların xal ümidlərinin olmadığının, ancaq bacardıqları qədər "Qarabağ"ımızın uğurlarına mane olmağa çalışmaq istəmələrinin göstəricisidir.
Klub kimi rəqib saymadığımız, çempionluq matçı günü bilet qiymətini 50 manata qaldırmaqla azarkeşsiz oyun keçirilməsinə nail olmaq istəyən cılız təfəkkürlü futbol klubuna meydana çıxmadan rəqabətdə uduzduqlarını xatırlatmaqdan bir daha məmnun olduğumuzu dilə gətiririk.
Forma rənglərinin də "Nyukasl"la eyni olması məşq prosesimizi daha effektiv edəcəyi üçün ancaq öz təşəkkürümüzü bildirə bilərik".