Türkiyədə azərbaycanlı mütəxəssisə yüksək vəzifə verildi 

Türkiyədə azərbaycanlı mütəxəssisə yüksək vəzifə verildi 
Digər, Güləş
119
25 İyun 2026 - 09:43

Supersport.Az-ın məlumatına görə, Türkiyədə azərbaycanlı mütəxəssisə yüksək vəzifə verilib. 


Türkiyə Güləş Federasiyasının rəhbəri, olimpiya, dünya və Avropa çempionu Taha Akgül bununla bağlı müvafiq sənəd imzalayıb.


Bildirilib ki, azərbaycanlı Əjdər Cəfərov Türkiyə Güləş Federasiyasının (TGF) Beynəlxalq Nümayəndəlik və Xarici Əlaqələr Direktoru vəzifəsinə təyin edilib.


"Beynəlxalq idman idarəçiliyi, federasiyalararası əməkdaşlıq və təşkilati proseslər sahəsində təcrübəsi ilə tanınan Cəfərov, Türkiyə güləşinin beynəlxalq əlaqələr şəbəkəsinin gücləndirilməsinə, strateji əməkdaşlığın inkişaf etdirilməsinə və beynəlxalq təşkilatların, tədbirlərin ölkəmizə gətirilməsinə əhəmiyyətli töhfələr verəcək. Ona yeni vəzifəsində uğurlar arzulayır və ümid edirik ki, o, Türkiyə güləşinə faydalar verəcək".


Qeyd edək ki, Əjdər Cəfərov bu ilin fevral ayında Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsinə təyinat alıb.


O, 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb.


Əjdər Cəfərov idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.


Əjdər Cəfərov Dünya Güləş Birliyinin yüksək mükafatını qazanıb, Azərbaycanda "Tərəqqi" medalı, Prezidentin Fəxri Diplomuyla təltif olunub.



Digər xəbərlər