"Qarabağ"dan fərqli məşq - Video
Futbol, Video
125
24 İyun 2026 - 06:11
"Qarabağ" Avstriyada təlim-məşq toplanışına start verib.
Supersport.Az xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək.
"Qarabağ" iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq (saat 19:00). Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq.
Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da, "Ferentsvaroş" ilə qarşılaşma isə saat 20:00-da başlayacaq.