"Neftçi"dən 3-cü transfer
Futbol
20
24 İyun 2026 - 17:55
Supersport.Az xəbər verir ki, “Neftçi” yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.
Qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.
Zəngin karyeraya malik olan Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.