Ruslan Abışovdan qələbə şərhi
Futbol
80
05 Fevral 2026 - 22:00
Supersport.Az xəbər verir ki, ölkə kubokunda "Kəpəz"i məğlub edən "Turan"ın məşqçisi Ruslan Abışov qələbəni şərh edib.
"4 gün əvvəl "Qarabağ"a qarşı ağır oyun keçirmişdik. Heyətdə böyük rotasiya yox idi. Demək olar ki, meydana eyni heyətlə çıxmışdıq. Meydançanın vəziyyəti və hava şəraitinin də təsiri var idi. Əsas odur qələbə qazandıq. Bir aydan sonra cavab görüşü olacaq. Hələ qarşıda "Karvan-Yevlax"la oyun var. Bu matçı unudub həmin qarşılaşmaya hazırlaşacağıq".