Qurban Qurbanov "Neftçi"nin mənfi cavabına münasibət bildirdi
Supersport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"nin oyunu təxirə salmasına mənfi cavab verməsinə münasibət bildirib.
"Sosial şəbəkələrdə yoxam. Amma hər hadisəyə normal yanaşıram. Bu, kimisə haqlı və ya haqsız çıxarılası mövzu deyil. Peşəkar Futbol Liqasına (PFL) "Neftçi" ilə qarşılaşmanın təxirə salınması ilə bağlı müraciət etmişik. Həmin vaxt rəqibimiz "Neftçi" deyil, başqa komanda da ola bilərdi. Hansısa fikir bildirmək istəmirəm. Biz niyə müraciət etdik? Çünki, PFL-in reqlamentində belə bir bənd var ki, pley-offda iştirak edən komandalara rəqibin razılığı ilə güzəşt oluna bilər. Amma təxirə salınmadı. Burada ciddi problem görmürəm. Onların da öz proqramları və hazırlıq prosesləri var. Bunu başa düşürəm. Daha əvvəl təxirə salınan və ya vaxtı dəyişdirilən matçlar olub. Bu dəfə olmadı deyə kimdənsə küsmək fikrimiz yoxdur. Daha dərindən düşünürək oyunlara hazırlaşmalıyıq".